BREND ŞEF
Oleq Şin
İstedadlı brend-şefimiz Oleq Şin ilə tanış olun. Onun yaratdığı hər yeməkdə kulinariya təcrübəsi və Asiya təamlarına olan sevgisi hiss olunur. Oleq "Nespresso Gourmet Weeks"in Rusiya mərhələsinin qalibidir. O, Moskvanın tanınmış "B12", "UNI", "Tokyo Sushi", "CutFish", "Buba by Sumosan", "Coba Hand Roll Bar", "Modus" restoranlarında işləyib.
Ənənəvi Asiya kulinariya texnikasında iş təcrübəsi və müasir fyujna meylliliyi olan şef Oleq restoranımızın menyusunda fərqlilik yaradır.
TEPPAN ŞEF
Hayrul Nizam
Bin Abu Osman
Hayrul eyni anda aşpaz və şoumendir. Asiya mətbəxində 20 illik təcrübəyə malikdir. O, Malayziyanın "Hana Tei" və İsveçrənin "Fuji of Zermatt" restoranlarında teppan və suşi-şef olaraq çalışıb.
İstər təcrübəli teppanyaki həvəskarı olun, istərsə də onu ilk dəfə sınayın, Hayrul şef ilə şam yeməyi "Chio-Chio-San" restoranına ziyarətinizlə bağlı sizə parlaq xatirələr yaşadacaq bir təcrübədir.
BARMEN ŞEF
Vasili Jeqlov
Vasili Jeqlov "Chio-Chio-San" barının ideya rəhbəridir, yaradıcı şəxsiyyət və minimalizm həvəskarıdır. Vasili 2021-ci ildə ilin barmeni olaraq "Restoran Biznesinin Palma Budağı" mükafatına layiq görülüb. O, qonaqları təəccübləndirəcək içkilər üçün komponentləri ustalıqla seçir.
ŞİRNİYYATÇI ŞEF
Qiqa Cobava
Qiqa Cobava "Chio-Chio-San" restoranının heyranedici, xarizmatik, əla zövqlü şirniyyatçı şefidir. Qiqa Gürcüstan Aşpazlar Assosiasiyasının üzvü, bir çox uğurlu layihələrin iştirakçısıdır. Bu layihələr arasında iki "Michelin Guide" ulduzu almış "Twins Garden" restoranı (Moskva) da yer alır.
Ünvan
© Cio Cio San, 2024
Masa sifarişi
Çatdırılma
İş saatları: 12:00-00:00